Ermənistanda hərbi vəziyyət rejimi ləğv olundu

XƏBƏR
11:03
24 Mart 2021
47

Ermənistanda tətbiq olunan hərbi vəziyyət rejmini ləğv olunub.

Sabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, məsələ ölkə parlamentinin martın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hərbi vəziyyət rejiminin aradan qaldırılması ilə bağlı layihəni 118 deputat dəstəkləyib.

Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də - İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq olunmuşdu.

Xəbər lenti