AZAL-ın biletləri baha satması növbəti dəfə tənqid edildi
Azərbaycanda artıq uzun illərdir ki, AZAL aviaşirkətinin biletlərinin baha olması müzakirə olunmaqdadır.
Sabah.az xəbər verir ki, pandemiyanın yayılmasından sonra bilet qiymətlərinin daha da artması haqlı olaraq sərnişinlərin narazılığına səbəb olub. Dəfələrlə müxtəlif səviyyələrdə AZAL rəhbərliyi sərt tənqid edilsə də şirkət öz mövqeyindən geri çəkilməyərək qiymətlərdə azalmaya getməyib.
Vətəndaşlar qiymətlərin baha olması səbəbindən istər Azərbaycana, istərsə də xarici ölkələrə AZAL-la uçuş edə bilmədiklərini bildirirlər.
İqtisadçı ekspert Natiq Cəfərli də bu günlərdə qiymətlərlə bağlı eksperiment apardığını sosial şəbəkədə yazıb. O qeyd edib ki, müqayisə üçün təsadüfi tarixlər seçib:
"5 apreldə İstanbula, 8-də isə geriyə bilet qiymətlərinə baxdım. Bakıdan uçası olsam, həmin tarixlərə görə ən ucuz biletə 446 dollar ödəməliyəm. Eyni tarixlərə, eyni marşrut üzrə uçuş Tbilisidən 146 dollara, Kiyevdən 193 dollara, Moskvadan isə 245 dollara başa gəlir. Hörmətli AZAL əhli, siz inhisarçı, özbaşına, nəzarətsiz fəaliyyət göstərməyinizə görə Azərbaycan vətəndaşı niyə ətraf ölkə vətəndaşlarından daha çox pul ödəməlidir?! Bu nə deməkdir? Nə ilə izah edilir? Yaxşı, bu qədər baha bilet sataraq necə olur ki, AZAL hələ ziyanla işləyir, büdcədən dotasiya da alır?!".
Daha çox