Yeni evlənən qadın “Net" içib özünü öldürmək istədi
Qaxda yenicə ailə quran qadın özünü zəhərləyib.
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Turaclı kəndində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini Orucova Əfsanə Rüfət qızı “Net" təmizləyici vasitəsini içib. O, dərhal yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsində Ə.Orucovaya yardım göstərilib. Hal-hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Ə.Orucovanın həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Ə.Orucova 2-3 ay əvvəl ailə həyatı qurub.
Daha çox