Tovuzda zəlzələ olub

XƏBƏR
09:53
23 Mart 2021
890

Bu gün saat 07:08-də Qazax stansiyasından 41 kilometr şimal-şərqdə Tovuz rayonunda zəlzələ qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ 3 bal gücündə olub.

Zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti