“Yoluxma sayı artsa, karantin sərtləşdiriləcək”
“Sərtləşmə ilə bağlı qərarlar bizim cari vəziyyətimizə uyğun olaraq verilir. Bu da hər bir vətəndaşımızdan asılı olan məsələdir”.
Sabah.az xəbər verir ki, brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, 3 təməl qaydaya riayət edilməlidir: “Britaniya ştammının daha yoluxucu olması təsdiqlənib. Ona görə də bayram ərəfəsində bütün vətəndaşlarımızı özlərini məhdudlaşmağa çağırıram. Kim rayona gedəcəksə, orada da özlərini qorumağa çağırıram. Çünki saylar artsa, Operativ Qərargahın başqa yolu qalmayacaq. Biz daha sərtləşdirilmiş karantin rejiminə keçməyə məcbur olacağıq”.
Daha çox