"Britaniya ştammı daha sürətlə yayılır"
“Dünyada hazırda SARS-COV-2 virusunun 3 variantı müşahidə edilir. Bunlardan biri də Britaniya ştammıdır”.
Sabah.az xəbər verir ki, bunu brifinqdə TƏBİB-in department müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, virusların hamısında mutasiyalar baş verir: “Qrip xəstəliyinə qarşı hər il yeni peyvənd istehsal olunur. Bu da qrip virusunda cürbəcür mutasiyaların baş verməsilə bağlıdır. Bu, normaldır. Bizi maraqlandıran baş verən mutasiyanın xəstəliyin gedişinə və yoluxmaya təsiridir. Britaniya ştammı daha əvvəlki mutasiyalardan fərqli olaraq, daha çox yayılır. Bütün dünyada bu ştammın yayılması çox sürətlə baş verir. Ona görə də bu ştamm aşkarlanan ölkələrdə bəzi məhdudiyyətlərə gedilir. Bundan başqa, Braziliyada və Cənubi Afrikada da mutasiyalar aşkarlanıb. Onların da xəstəliyin gedişinə təsiri araşdırılır”.
Daha çox