Bakıda mənzildə meyit aşkarlandı
09:12
19 Mart 2021
94Bakıda mənzildə 48 yaşlı kişinin meyiti aşkarlanıb.
Sabah.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1973-cü il təvəllüdlü Abdulov Nadir Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Daha çox