X-XI siniflər əyani dərsə nə vaxt başlayacaq?
“X-XI siniflərin dərslərinin məktəbdə əyani formada bərpası pandemiyanın gedişatından asılı olaraq mümkündür”.
Sabah.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsindəki canlı yayımda bildirib.
O qeyd edib ki, Novruz bayramından sonra rəqəmlərə baxılacaq, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləmək lazımdır: “Odur ki, votsapda, sosial şəbəkələrdə və ya hansısa saytlarda şayiə xarakterli fikirlərə inanmayın. Rəsmi verilən qərarlarla həyatınızı planlaşdırın”.
Daha çox