Nazir COVID-19-a yoluxan şagirdlərin və işçi heyətinin sayını açıqladı

ÖLKƏ
16:30
18 Mart 2021
306

Fevralın 1-dən gündəlik əsasda Səhiyyə Nazirliyi, GEM-dəki həmkarlarla rəqəmləri izləyirik, bunun nə qədər kütləvi yoluxma yaratma riski qiymətləndirilir. Məktəbin daxilində kütləvi yoluxma olanda distant təhsilə keçir.

Sabah.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, fevralın 1-dən 164 ibtidai sinif şagirdi virusa yoluxub, bunların hamısı məktəbdə olub:

"Virusa yoluxanlardan 282-si V-IX sinif şagirdidir. Ümumi 714 işçi heyət virusa yoluxub. Ümumilikdə 626 sinif distant təhsilə keçib, onlardan 233-ü geri qayıdıb, 393 sinif hazırda distant təhsildədir, 48 məktəb distant təhsilə keçib, onların 41-i hazırda distantdadır, 7 məktəb ənənəvi tədrisə qayıdıb. Biz məktəblərin hibrid formada davam etməsini istəyirik, bunun üçün kifayət qədər səy göstərilir”.

Xəbər lenti