Dünən bağlanan məktəbin müəllimi koronavirusdan vəfat etdi

GÜNDƏM
16:37
18 Mart 2021
1673

Bakıda R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin müəllimi Təranə Abdullayeva koronavirusdan vəfat edib.

Sabah.az xəbər verir ki, T.Abdullayeva məktəbin ibtidai sinif müəllimi olub.

Qeyd edək ki, ötən gün məktəbdə çalışan 2 müəllim, 1 direktor müavini və bir texniki işçinin “COVID-19” infeksiyasına yoluxmaları təsdiq olunmuşdu. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Xəbər lenti