Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu

XƏBƏR
10:50
18 Mart 2021
48

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutularaq ekstradisiya edilib.

Baş Prokurorluqdan Sabah.az-a verilən məlumata görə, Binəqədi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Fətəliyev İlqar Qərib oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar olaraq xeyli miqdarda özgə əmlakını ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fətəliyev İlqar Qərib oğlu barəsində beynəlxalq axtarış elan edilib.

Azərbaycan Baş Prokurorluğunun Rusiya Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə İlqar Fətəliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Xəbər lenti