Övladı üçün toy keçirən ataya xəbərdarlıq edildi
Tərtərdə toy məclisi təşkil edən şəxslər müəyyən edilib.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Cəmilli kənd sakini Firdovsi Rüstəmovun yaşadığı evdə qonaqların iştirakı ilə övladı üçün yığcam toy məclisi təşkil etmək istədiyi müəyyən olunub.
Polis əməkdaşları F.Rüstəmovla profilaktiki səpkidə söhbətlər aparıb, ona xəbərdarlıq edilib, məclisin keçirilməsi isə dayandırılıb.
Daha çox