Hikmət Hacıyevdən ermənilərin minaladığı ərazilərlə bağlı çağırış
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın basdırdığı minalar və bunun zərərləri ilə bağlı paylaşım edib.
Sabah.az xəbər verir ki, H.Hacıyev tvitter hesabında bu minaların insanları öldürdüyünə diqqət çəkib.
“Ermənistanın Azərbaycanın işğaldan azad etdiyi torpaqlarına basdırdığı minalar mülki şəxsləri öldürür, şikəst edir, ətraf mühit və iqtisadiyyata zərbə vurur.
Ermənistan mina ilə çirkləndirdiyi ərazilərin xəritələrini verməkdən imtina edir. Ermənistanın məsuliyyətsizliyi ciddi şəkildə pislənilməlidir”, - H.Hacıyev vurğulayıb.
Daha çox