“Ermənistan hələ də mina xəritələrini verməkdən imtina edir”
"Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etməkdən imtina edir".
Sabah.az xəbər verir ki, bunu bu gün Slovakiya xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, xəritənin təqdim edilməməsi Azərbaycana qarşı təcavüzün davam etməsidir: "Bildiyiniz kimi 10 noyabrdan bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər dünyasını dəyişib, 79 nəfər isə ağır xəsarət alıb. Dünən daha bir hadisə Ağdamda baş verib, 6 nəfər mülki şəxs minaya düşüb və onlardan 2-si həlak olub, 3-ü yaralanıb. Bu istiqamətdə beynəlxalq təşkilatlar və dünya dövlətləri mina xəritələrini verməsi üçün Ermənistana təzyiqlər etməlidir".
Daha çox