Bakıda kişi qumbara partladaraq ailə üzvlərini öldürmək istədi
11:31
17 Mart 2021
89Bakıda ailə üzvlərini qumbara partladaraq öldürməkdə hədələyən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, martın 15-də saat 23.20-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.
Bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.
Araşdırma aparılır.
Daha çox