Ustanı "tok" vurub öldürdü, cinayət işi açıldı
Martın 16-da saat 11 radələrində Göyçay rayon sakini, 1989-cu il təvəllüdlü Fətullayev Sadiq Nemət oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabah.az xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla Sadiq Fətullayevin usta kimi işlədiyi Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində tikilməkdə olan fərdi yaşayış evinin fasadına aqlay üzlük vurarkən açıq vəziyyətdə olan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanın təsirinə məruz qalması səbəbindən ölməsi müəyyən edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Daha çox