Hesablama Palatasına təyinatlar olub
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələyə baxılıb.
Sabah.az xəbər verir ki, palatanın sədr müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun namizədliyi irəli sürülüb.
Həmçinin Hesablama Palatasının auditorları vəzifəsinə isə Cavid Fazil oğlu Bayramovun, Hilal Qorxmaz oğlu Hüseynovun və Vəfa Allahverən qızı Mütəllimovanın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, layihə səsə qoyularaq qəbul edilib.
Daha çox