"Vandalizminin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir"
“İşğaldan azad olunan ərazilərdə işğala qədər 260,3 min hektara yaxın meşə fondu olub. Bunun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülü olub”.
Sabah.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.
O bildirib ki, ötən müddətdə həmin ərazilərdə monitorinqlər aparılıb: “İlkin araşdırmalar zamanı “Azərkosmos”dan çəkilmiş fotolara əsasən deyə bilirik ki, 54 min hektar ərazi düşmən tərəfindən tamamilə məhv olunub. Azərbaycanın mövcud meşələrinin 34 faizi işğala qədər o ərazilərdə olub. Bu, ilkin məlumatlara görə hesablanan nəticələrdi. Məhv olunan elə ərazilər var ki, meşə fonduna aid olmasa da yaşıllıq ərazilər olub. Vandalizmin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir. Dünya ölkələrinin bir neçəsinin meşə ehtiyatını bir yerə yığsaq, bu rəqəmlər eləmir. Təbiətimizi məhv ediblər”.
Daha çox