“Ermənilər filiz saflaşdırma zavodunun tullatılarını çaya axıdıb”

XƏBƏR
15:30
16 Mart 2021
65

"Azərbaycan azsulu ölkələrdən biridir. Su tələbatımızın 70 faizi kənardan formalaşır. Azərbaycan su potensialının çox hissəsi də Qarabağda idi".

Sabah.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalislərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan zaman-zaman ekologiya ilə bağlı konvensiyaları pozub:

"Bununla bağlı müvafiq monitorinq işləri gedir. Monitorinqlərin ilkin nəticələri araşdırmalarla bağlı beynəlxalq qurumlar qarşısında qaldırılacaq. Ermənilər Oxçuçay üzərindəki filiz saflaşdırma zavodunun tullatılarını çaya axıdıblar. Həmçinin onlar mənfur xislətlərindən qalmadan əllərinə keçəni çaylara axıdır və o da gəlib Araz çayına tökülür. Nəticədə təbiətimizi və çaylarımızı çirkləndirilər. Bununla bağlı da monitorinqlər gedir, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".

Xəbər lenti