Bakı merinin müavini işdən çıxarıldı
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova vəzifəsindən azad edilib.
Sabah.az xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur.
F.Hüseynovanın adı Bakı Şəhər İcra Hakimiyyətinin saytında başçının müavinləri bölməsindən də çıxarılıb.
Xatırladaq ki, Fidumə Hüseynova 2005-ci ilin aprelindən bu vəzifəni icra edirdi. Ona qədər isə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olub.
Daha çox