Əli Əsədov parlamentdə hesabat verib - Yenilənib

XƏBƏR
11:07
16 Mart 2021
52

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

Sabah.az xəbər verir ki, iclasda baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.

Baş nazir hökumətin 2020-ci il hesabatını deputatlara təqdim edəcək.

***

Baş Nazir çıxışında COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən danışıb:

“Ötən il 644 milyon manat vəsait koronavirusla mübarizəyə sərf edilib. Bu günə kimi 460 min nəfər əhali vaksinasiya olunub. Ümid edirik ki, vaksinasiya xəstəliyin miqyasının azaldılmasında əhəmiyyətli rol oynayacaq”.

***

Baş nazir azad edilmiş ərazilərin bərpası üçün ilkin olaraq dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrıldığını açıqlayıb.

***

Ə.Əsədov çıxışında qeyd edib ki, hökumətə təqdim edilən təkliflərin hər birində antikorrupsiya məsələlərinin nəzərdə tutulması, sui-istifadə hallarına yol verilməməsi mərkəzi icra hakimiyyəti orqanları qarşısında qoyulan əsas məsələlərdəndir:

“Bu məqsədlə Azərbaycan İnvestisiya Fondu yaradılıb. 22 iri dövlət müəssisəsinin bu quruma verilməsi planlaşdırılıb. Bu günə kimi 8 dövlət müəssisəsi holdinqin idarəçiliyinə verilib”.

Xəbər lenti