Vilayət Eyvazov deputatın polkovnik oğluna töhmət verdi
Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Mehbalıyevə töhmət verilib.
Sabah.az Unikal.org-a istinadən xəbər verir ki, İ.Mehbalıyov işində nöqsanlara yol verib. Buna görə də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İ.Mehbalıyevə töhmət elan edilib.
Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.
Daha çox