"Ermənistan gecə vaxtı Azərbaycana hərbçilər göndərməyə cəhd edir”
"Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini Azərbaycana göndərməyə cəhd edir".
Sabah.az xəbər verir ki, bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Xarici işlər naziri qeyd edib ki, məsələ ilə bağlı hesabatlar hazırlanaraq BMT Baş Assambleyasına təqdim olunub, bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib:
"Ermənistanda əsgər valideynləri də övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etiraz edirlər, aksiyalar keçirirlər. Bütün dünya mediası da bunu görür. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.
Daha çox