Türkiyə millisində növbəti itki
Türkiyə milli komandasının daha bir futbolçusu zədələnib.
Sabah.az türk mətbuatına istinadən xəbər verir ki, yığmanın müdafiəçisi Ozan Kabak sıradan çıxıb. Almaniya Bundesliqanın 24-cü turunda "Köln"lə matçın 29-cu dəqiqəsində zədələnən "Şalke"nin futbolçusunun təqribən 9-12 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Onun Avro-2020-yə kimi hazır olmasına çalışılacağı vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə millisinin heyətində Merih Demiral, Yusuf Yazıcı və Cenk Tosun uzunmüddətlik zədələnib.
Daha çox