Sülhməramlılar Kəlbəcərə növbəti humanitar yardımı çatdırdı - Video

GÜNDƏM
12:50
15 Mart 2021
100

Rusiya sülhməramlı kontingentinin 7-ci kolonu Kəlbəcər rayonuna 130 ton humanitar yardım yükünü çatdırıb.

Sabah.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 20 "KamAZ" markalı hərbi avtomobili və müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna elektrik avadanlığı, dəmir-beton konstruksiyaları və tikinti materiallarından ibarət yardım yükü çatdırıb.

Nazirlik indiyədək 1 300 ton yükün tranzitinin təşkil edildiyini açıqlayıb.

Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanata əsasən həyata keçirilib.

Xəbər lenti