Bu şəxslərə Hesablama Palatasında vəzifə veriləcək

XƏBƏR
11:00
15 Mart 2021
61

Milli Məclisin sabah keçiriləcək plenar iclasında “Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələyə baxılacaq.

Sabah.az xəbər verir ki, palatanın sədr müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun namizədliyi irəli sürülüb.

Həmçinin Hesablama Palatasının auditorları vəzifəsinə isə Cavid Fazil oğlu Bayramovun, Hilal Qorxmaz oğlu Hüseynovun və Vəfa Allahverən qızı Mütəllimovanın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, N.Sadıqov  Hesablama Palatasının aparat rəhbəridir.

Digər 3 şəxs isə Palatada şöbə müdiri vəzifəsində çalışır.

Xəbər lenti