Gəncədə yaşlı qadını döyərək xəstəxanalıq etdilər
21:58
4 Mart 2020
71Gəncədə döyülmə hadisəsi baş verib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Təxminən 60-65 yaşlı qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının dediyinə görə, onu mübahisə zəminində döyüblər. Onun kim tərəfindən və hansı səbəbdən döyüldüyü hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daha çox