Daha iki məktəb koronavirusa görə bağlandı

GÜNDƏM
10:38
15 Mart 2021
279

Azərbaycanda daha iki məktəb koronavirus səbəbindən distant təhsilə keçib.

Sabah.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb yoluxmaya görə bağlanıb.

Distant təhsilə keçən digər məktəb isə Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsidir. Məktəbdən məlumatı təsdiqləyiblər.

Bildirilib ki, məktəb bu gündən etibarən fəaliyyətini dayandırıb.

Xəbər lenti