Evində meyiti tapılan qadın məktəb direktorudur - Yenilənib

HADİSƏ
12:22
15 Mart 2021
5057

Xaçmazda evdə qadın meyiti tapılıb.

Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

***

Meyiti tapılan Hacıyeva Ülkər Vəliyyəddin qızı rayonun Alıcqışlaq kənd orta məktəbinin direktoru olub.

Sabah.az xəbər verir ki, 45 yaşlı direktor axşam saatlarında dəm qazından boğularaq dünyasını dəyişib.

Xəbər lenti