Bu küçələrdə sıxlıq var - Fotolar

ÖLKƏ
09:34
15 Mart 2021
33

Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Sabah.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların da hərəkətində çətinliklər var. Hərəkət intervallarında gecikmələr yaranıb.

Hazırda Babək prospekti H.Əliyev prospekti, Moskva prospektində şəhər istiqamətində, Abbasqulu ağa Bakıxanov küçəsi Türkiyə səfirliyi istiqamətində, Qara Qarayev prospektində hər iki istiqamətdə Mikayıl Əliyev küçəsi Heydər Əliyev prospekti istiqamətində, Ziya Bünyadov hər iki istiqamətdə Abdulvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində və Heydər Əliyev prospekti şəhər istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər lenti