Evdən çıxan koronavirus xəstəsi ilə bağlı cinayət işi başladıldı

ÖLKƏ
15:26
13 Mart 2021
67

Bakıda evdən çıxan koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar.

DİN-dən Sabah.az-a verilən məlumata görə, martın 12-də polis əməkdaşları tərəfindən paytaxt ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bakı şəhər sakinləri, 38 yaşlı N. Rzayevə və 36 yaşlı T. Bayramovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıb.

N.Rzayev barəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti