Bakıda qumbara və tapança gəzdirən şəxs saxlanıldı - Foto
12:35
13 Mart 2021
83Suraxanı rayonu Hövsan qəsəbəsində avtomobilində qumbara gəzdirən şəxs saxlanılıb.
Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, qəsəbə sakini Fuad Lazımov idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsi ilə birlikdə tutulub.
Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilinə baxış zamanı 1 ədəd tapança və 1 ədəd alışqanı ilə birlikdə “F1” qumbarası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox