Hesablama Palatasının 4 yüksək vəzifəli şəxsi istefa verdi
Azərbaycan Respublikası Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.
Sabah.az “Report”a istinadən xəbər verir ki, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.
İşdən ayrılanlardan biri - Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışıb. A.Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.
Daha çox