DİM-dən imtahan tarixləri barədə yayılan məlumatlarla bağlı - Açıqlama

ÖLKƏ
22:04
12 Mart 2021
313

“Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır”.

Sabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı açıqlamada deyilir.

“Nəzərinizə çatdırırıq ki, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq və Mərkəzin dim.gov.az saytında yerləşdiriləcək.

İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarını izləməyi  tövsiyə edirik”, - DİM-dən əlavə olunub.

Xəbər lenti