Səhiyyə Nazirliyi “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
16:24
12 Mart 2021
54Azərbaycan Səhiyyə Nazirliyi Rusiya istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.
Sabah.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və “COVID-19” koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.
Məlumata görə, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.
Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq.
Daha çox