Rəsmi Moskvadan işçi qrupunun birgə fəaliyyəti ilə bağlı açıqlama

GÜNDƏM
14:15
12 Mart 2021
96

"Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli işçi qrupu çərçivəsində Bakı və İrəvan konstruktiv yanaşma nümayiş etdirir".

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə deyib.

Zaxarova üçtərəfli işçi qrupun əsas vəzifəsinin regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmaları həyata keçirməkdən ibarət olduğunu xatırladıb:

“Ümid edirik ki, müsbətə istiqamətlənmiş bu niyyət Azərbaycan və Ermənistanın rəsmi şərhlərində və media məkanında da üstünlük təşkil edəcək”.

Qeyd edək ki, yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskvadakı görüşündən sonra Qarabağ üzrə işçi qrupu yaradılıb.

Xəbər lenti