Rusiya XİN-dən Azərbaycanın hərbi təlimlərinə münasibət

GÜNDƏM
13:46
12 Mart 2021
219

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın hərbi təlimlərinin bölgədə təhlükəsizlik riski yaratmadığını açıqlayıb.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə məlumat verib.

“Azərbaycanda keçirilməsi planlaşdırılan təlimlər regionda sabitliyə və təhlükəsizliyə risklər yaratmır. Hərbi təlimlər planlı xarakter daşıyır və qoşunların döyüş hazırlığının yüksəldilməsinə istiqamətlənib”, - deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Ordusu martın 15-də 10 min hərbçinin, 100-ə yaxın tank və başqa hərbi texnikanın iştirakı ilə hərbi təlimlər keçirəcək.

Xəbər lenti