Prezident hərbi hissəsinin açılışında - Fotolar

ÖLKƏ
12:18
12 Mart 2021
137

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Sabah.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, hərbi hissədə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin yaxşılaşdırılması tədbirləri çərçivəsində qərargah və əsgər kazarması, yeməkxana, tibb, qarovul, texniki nəzarət, buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri avadanlıq və inventarla təchiz edilib. Mövcud binalar isə əsaslı təmir olunub. Hərbi hissədə mərkəzləşdirilmiş havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb.

Prezident, Ali Baş Komandan hərbi hissədə yeni inşa edilən qərargah, əsgər yataqxanası, tibb məntəqəsi və yeməkxana ilə tanış olub.

Diqqətə çatdırılıb ki, hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb.

Xəbər lenti