Evdə gizli nişan edənlər cərimələndi

GÜNDƏM
11:57
12 Mart 2021
508

Tovuzda gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Bozalqanlı kəndində nişan mərasimi keçirilib.

Tovuz RPŞ əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları şöbəyə gətirilib.

Həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. 9 nəfər  məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Xəbər lenti