Bəzi yollarda buzlaşma var - Xəbərdarlıq

ÖLKƏ
10:34
12 Mart 2021
76

Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 85-ci km-dən başlayaraq, həmçinin Gəndob-Yalama yolunda, Bakı-Şamaxı-Yexlax yolununun 48-ci km-dən başlayaraq, həmçinin Ağsu aşırımında qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun isə 400-cü km-dən başlayaraq qar yağır, hərəkət var.

Bu barədə Sabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsindən məlumat verilib.

“Odur ki, qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsi, eyni zamanda qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların yola çıxmaması xahiş olunur”, - deyə bildirilib.

Xəbər lenti