Sarkisyan Paşinyanın namizədini təsdiqləmədi
13:50
11 Mart 2021
104Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşiyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə namizədi ilə bağlı təklifini geri qaytarıb.
Sabah.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, A.Sarkisyan təyinatla bağlı sənədi öz iradları ilə birlikdə hökumətə geri göndərib.
Qeyd edək ki, Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə general-leytenant Artak Davtyanın namizədliyini irəli sürüb.
Daha çox