Hulusi Akar Xocalıya həsr olunan sərgidə - Video
Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda Mərkəzi Zabitlər Evində “29-cu ilində Xocalı Soyqırımı” foto sərgisinin açılış mərasimində iştirak edib.
Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Sərgiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları Komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri Komandan Adnan Özbal, Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Həsən Küçükakyüz də qatılıb.
Sərgidəki fotolarla tanış olan Akar Xocalı qətliamını unutmadıqlarını qeyd edib: “29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Azərbaycan Türkü qardaşlarımızın acısını ürəyimizdə yaşamağa davam edirik. Bu qətliamı unutmadıq, unutmayacağıq. Keçmişi əsla unutmayacağıq, fəqət gələcəyə baxacağıq. Xocalıda şəhid edilən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.
Daha çox