Azərbaycanda əsirlikdə olan muzdlu erməni snayper qaytarıldı
Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryan Beyruta qaytarılıb.
Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan öz feysbuk hesabında məlumat verib.
“Maral Nacaryan bir neçə dəqiqə əvvəl Beyrutdakı evinə çatdı”,- deyə o qeyd edib.
Qeyd edək ki, Livan və Ermənistan vətəndaşı olan snayper M.Nacaryan noyabrın 10-da Laçında əsir düşüb.
Daha çox