Qaçırılan 21 yaşlı qız tapıldı
Gəncə şəhərində qaçırılan 21 yaşlı Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, araşdırma nəticəsində G.Mirzəyevanın Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı məlum olub. Gəncə ŞBPİ və Nizami RPİ əməkdaşları tərəfindən Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.
Daha çox