Şirvanda qətl törədən şəxs Belarusdan ekstradisiya edildi
Bir müddət öncə Şirvan şəhərində baş verən iki nəfərin qətli ilə bağlı axtarışa verilən şəxs Belarusda tapılaraq ekstradisiya edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Kakavan Kavus Zəfər oğlunun – ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Azərbaycan vətəndaşlarından ibarət tərkibdə yaradılmış cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan vətəndaşları Nacıyev Elvin Zamanəli və Sarıbalaev Zaur Vəfadar oğlunun qəsdən öldürülmələri cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Kakavan Kavus Zəfər oğlu barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Belarus Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.
Daha çox