Prezident Bəylər Eyyubovu təltif etdi

ÖLKƏ
13:51
10 Mart 2021
199

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər Həsən oğlu Eyyubov “Şərəf” ordeni ilə təltif edilib.

Sabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, martın 11-də Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun 70 yaşı tamam olur.

Xəbər lenti