İcra nümayəndəliyinin binasından oğurluq etdi

XƏBƏR
10:35
10 Mart 2021
143

İsmayıllı rayonu Cülyan kənd icra nümayəndəliyinin inzibati binasından 1700 manat dəyərində kompüter dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş İsrəfil Alızadə saxlanılıb. Oğurladığı kompüterlər isə Quşencə kəndində yaşadığı evdən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Xəbər lenti