Azərbaycanda daha bir çempionat təxirə salındı

İDMAN
18:26
4 Mart 2020
122

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

Sabah.az Voleybol Fderasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

Xəbər lenti