Azərbaycanda doğuş zamanı baş verən ölümlərin sayı açıqlandı

XƏBƏR
14:46
9 Mart 2021
58

Ötən il ölkədə ana ölümü 20 hal, körpə ölümü göstəricisi 9,8 promilli təşkil edib.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, 1000 qramdan aşağı doğulan körpələrin sayı 268 olub, onlardan 105 körpəni xilas etmək mümkün olub.

Həmçinin qeyd olunub ki, ötən il ərzində dövlət tibb müəssisələrinə həkimə gəlişlər və profilaktik gəlişlər daxil olmaqla ilkin olaraq 34,8 mln. ambulator müraciət olub. Eyni müddət ərzində ilkin olaraq 515,6 min xəstə stasionar müalicə alıb.

Xəbər lenti