Komadan ayılmayan hərbçimiz dəfn olundu
Uzun müddət komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalan Cəfərov Babək Maxsus oğlu bu gün torpağa tapşırılıb.
Sabah.az xəbər verir ki, Babək Cəfərov doğulduğu Samux rayonunun Əlikənd kəndində Qarayeri qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan B.Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan B.Cəfərov ötən gün vəfat edib.
Xatırladaq ki, B.Cəfərov Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Daha çox